Bank Of Baku

Şahdağ Milli Parkında 76 ədəd çətənə bitkisi aşkarlanıb

Şahdağ Milli Parkında 76 ədəd çətənə bitkisi aşkarlanıb
# 13 avqust 2013 16:04 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Şahdağ Milli Parkının əməkdaşları tərəfindən avqustun 12-də keçirilən reyd zamanı Şahdağ Milli Parkında narkotik tərkibli, yabanı halda bitən və qulluq olunmayan 76 ədəd çətənə bitkisi aşkarlanıb.

 

APA-nın ETSN-in saytına istinadən verdiyi məlumata görə, çətənə bitkisi Oğuz bölməsinin Oğuz meşəbəylinin 8-ci dolayının 40-cı kvartalında aşkar olunub. 

 

Faktla bağlı ETSN tərəfindən Daxili İşlər Nazirliyinin aidiyyəti qurumuna məlumat verilib. ETSN əməkdaşları tərəfindən reydlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR