Bank Of Baku

Şamaxı Astrofizika Rəsədxanasındakı teleskopun idarəçiliyi tam şəkildə avtomatlaşdırılıb

Şamaxı Astrofizika Rəsədxanasındakı teleskopun idarəçiliyi tam şəkildə avtomatlaşdırılıb
# 23 iyul 2013 13:43 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Şamaxı Astrofizika Rəsədxanasındakı teleskopun idarəçiliyi tam şəkildə avtomatlaşdırılıb”. 

 

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev verib. O deyib ki, iki metr uzunluğunda olan teleskopun idarəçiliyini və effektivliyini artırmaq məqsədilə avadanlıq robotlaşdırılıb: “Əvvəllər teleskop yarım avtomatlaşdırılmış şəkildə idarə edilirdi. Yəni bəzi məqamlarda əl ilə idarə olunurdu. Amma indi çexiyalı mütəxəssislərin köməyi ilə yeni sistem qurulub və bu yenilik vasitəsilə tam avtomatlaşdırıb. Hətta teleskopu uzaq məsafədən də idarə etmək mümkündür”. Ə. Quliyev dünyada çox az sayda teleskopun bu şəkildə avtomatlaşdırıldığını da qeyd edib.

 

Rəsədxananın direktoru müşahidələrin effektivliyini artırmaq üçün yeni azot qurğusunun alındığını da söyləyib.

 

Ə. Quliyev rəsədxanada teleskopun arxa hissəsinə qoşulan müasir CCD kameralarının quraşdırıldığını, aliminuləşdirici qurğunun istifadəyə verildiyini də deyib: “Bu avadanlıq görmə qabiliyyətini artırır və dünya bazarında qiyməti 1 milyon avrodan bahadır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR