Qusar. Vəli Turan – APA. Səhiyyə naziri Oqtay Şirəliyev bu gün Qusar Mərkəzi Rayon Xəstəxanasının binasında vətəndaşları qəbul edib. APA-nın şimal bürosunun məlumatına görə, qəbula Quba, Qusar, Şabran, Xaçmaz və Siyəzən rayonlarından sakinlər də qatılıb.
Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinlənilib. O. Şirəliyev səhiyyə sahəsinə aid vətəndaşları maraqlandıran sualları cavablandırıb. Nazirə ən çox müalicə, əməliyyatlar və işlə əlaqədar müraciətlər edilib.
Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb, digər müraciətlərin isə həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə lazımi göstəriş verilib.