Bakı. Fərid Mirzəyev – APA. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanlarında iştirak etmək üçün 8840 nəfərə “Buraxılış vərəqəsi” verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, onlardan 7513 nəfər imtahanlardan uğurla keçiblər. 1-ci cəhddən imtahanlarda 246 nəfər keçə bilməyib.
İmtahanlarda iştirak edənlərin 3209 nəfəri 90 baldan çox, 3282 nəfəri 75-90 arası, 1022 nəfəri 60-75 arası bal toplayıb.
İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 3100 nəfərə yaxın namizəd artıq qeydə alınıb.