Bank Of Baku

Səhiyyə Nazirliyi: Azərbaycanda onkoloji xəstəlikdən ölüm göstəricisi aşağı düşüb

Səhiyyə Nazirliyi: Azərbaycanda onkoloji xəstəlikdən ölüm göstəricisi aşağı düşüb
# 16 may 2013 13:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda onkoloji xəstəlikdən ölüm göstəricisi aşağı düşüb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ölkədə görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşıb və bununla bərabər bu xəstəlikdən ölüm göstəricisi hər 100 min nəfərə 62,1-dən 59-a enib. “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” qəbul edildikdən sonra bədxassəli şişlərlə mübarizə işində nəzərəçarpacaq irəliləyiş əldə olunub. Onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılıb. Məlumatda bildirilir ki, Milli Onkoloji Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilib. Dövlət Proqramının icrasına başlandıqdan sonra onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatında uzun illərdən bəri mövcud olan problem əsasən aradan qaldırılıb. 2006-2008-ci illərdə onkoloji xəstələr üçün müvafiq olaraq 14, 27, 37 adda kimya terapiyası dərmanları alınıbsa, 2012-ci ildə bunların sayı 46-ya çatdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR