Bank Of Baku

Səhiyyə Nazirliyi İsmayıllıda doğuş zamanı baş verən ana və uşaq ölümü barədə məlumat açıqlayıb

Səhiyyə Nazirliyi İsmayıllıda doğuş zamanı baş verən ana və uşaq ölümü barədə məlumat açıqlayıb
# 28 iyun 2013 10:40 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 27-də 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilib. Axşam saat 18:50-də doğuş aparılıb. Bu zaman onun bətnindəki körpənin ölü döl olduğu müəyyənləşib və bətnindən ölü döl təbii yolla xaric edilib. Doğuşdan 10 dəqiqə sonra qadının özünün vəziyyəti ağırlaşıb. Bütün tibbi müdaxilələr və səylərə baxmayaraq, Ağabalayeva Şəhlanın həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin ehtimala görə, ana tromboemboliya diaqnozu ilə həyatını itirib: “Amma nazirliyin Doğuşa yardım Komissiyasında məsələ araşdırılmayana kimi ölümün dəqiq səbəblərini demək çətindir. Ananın meyitinin təşrih olunmaması isə məsələnin səbəblərini araşdırmaq üçün müəyyən problemlər yaradır. Amma buna baxmayaraq tibbi sənədlər əsasında komissiyada məsələ araşdırılacaq”.

 

Bildirilib ki, araşdırmanın aparılması üçün ananın meyitinin təşrih edilməsinə qadının yaxınları kəskin etiraz ediblər: “Buna baxmayaraq, bütün sənədlər Doğuşa yardım Komissiyasına hazırlanıb, həkimlərin rəyi və tibbi sənədlər əsasında ölümün səbəbləri araşdırılacaq”.

 

Qeyd edək ki, hadisə ötən gecə İsmayıllı Mərkəzi rayon Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb. Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilib. Oğlan uşağı ölü doğulub, sonra isə ana dünyasını dəyişib.

 

Ş. Ağabalayevanın iki qız övladının olduğu, Lahıc qəsəbə tam orta məktəbində  Azərbaycan dili və ədəbiyyat müəlliməsi işlədiyi bildirilir.

 

Faktla bağlı İsmayılı rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR