Bank Of Baku

Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə iyun ayında 354 müraciət daxil olub

Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə iyun ayında 354 müraciət daxil olub
# 12 iyul 2013 12:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin “Qaynar xətt” (9103) xidmətinə iyun ayı ərzində 354 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, daxil olmuş müraciətlərin 227-nə baxılıb (11-i əsaslı, 130-u əsassız, 86-sı cari problemlərlə bağlı şikayət), 14-ü aidiyyəti üzrə deyil, 113-ü isə sorğu xarakterli olub.

 

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR