Bank Of Baku

Səhiyyə Nazirliyinin qida zəhərlənmələrinin qarşısını almaq üçün tövsiyələrini açıqlayıb

Səhiyyə Nazirliyinin qida zəhərlənmələrinin qarşısını almaq üçün tövsiyələrini açıqlayıb
# 19 iyul 2013 14:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yay mövsümündə sağlamlığın qorunması ilə bağlı əhaliyə xəbərdarlıq edib. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, xəbərdarlıqda deyilir ki, yay aylarında adi otaq temperaturunda, yaxud daha isti şəraitdə saxlanan hazır yeməklərdə mikrobların sürətli inkişafı və çoxalması baş verir.

 

“Qida zəhərlənmələrinin kütləvi şəkildə baş verməsi son illərdə, xüsusən kənd yerlərində ev şəraitində keçirilən toy, nişan, ad günü mərasimlərində müşahidə edilir. Belə şəraitdə çoxlu sayda insanların eyni vaxtda təhlükəsiz qidalanmasının təşkil edilməsi çox çətindir, çünki soyuq qəlyanaltıların və xörəklərin hazırlanması və istifadə olunanadək saxlanması zamanı soyuducu avadanlıqların kifayət qədər olmaması səbəbindən yeməklərin ilk növbədə çox asanlıqla çirklənməsi baş verir.

 

Yeməklərin hazırlanması zamanı ev şəraitində gigiyenik qaydalara və hazırlanma texnologiyasına əməl etmək mümkün olmur və yeməyi hazırlayan şəxslərin sağlamlıq vəziyyəti naməlum olduğundan ilkin çirklənmə ehtimalı yüksək olur. Məhsulların çoxluğu ucbatından onların hamısını soyuducuda saxlamaq mümkün olmur ki, nəticədə, xüsusən yay aylarında adi otaq temperaturunda, yaxud daha isti şəraitdə saxlanan hazır yeməklərdə mikrobların sürətli inkişafı və çoxalması baş verir. Xəstəlik törədən mikroblarla çirklənmiş belə yeməklərin qəbulu kütləvi zəhərlənmə hadisələrinin baş verməsinə asanlıqla səbəb olur. Bu cür zəhərlənmələr xüsusən stafilokok, salmonellyoz, iersinyoz və sair xəstəlik törədici mikroblarla çirklənmədən baş verir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR