Bank Of Baku

Səlim Müslümov: «Azərbaycanda yaxın aylarda pensiyaların artırılması realdır»

Səlim Müslümov: «Azərbaycanda yaxın aylarda pensiyaların artırılması realdır»
# 10 aprel 2013 12:36 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DSMF-nin sədri Səlim Müslümov deyib.

 

Onun sözlərinə görə, artıq ölkədə pensiyaların gecikdirilməsi halları tamamilə aradan qaldırılıb: «Bu gün aprelin 10-dur, amma Bakı şəhəri, Sumqayıt və məcburi köçkünlərin məskunlaşdığı rayonların pensiyalarını artıq köçürmüşük. Gələn həftənin ilk günlərində isə digər rayonların pensiyalarının maliyyələşdirilməsi işləri həyata keçiriləcək. Bu, onu göstərir ki, bizim artımların maliyyələşdirilməsi üçün  kifayət qədər məbləğimiz var və yaxın bir neçə ayda bu məbləğ tamamilə formalaşacaq. Bu da pensiyaların baza hissəsinin artırılması üçün dövlət başçısına müraciət etmək üçün şərait yaradır».

 

DSMF sədri bildirib ki, bütün hesablamalar bir neçə aya pensiyaların baza hissəsinin artırılmasının real olduğu göstərir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR