Bank Of Baku

Səməd Seyidov Mikayıl Cabbarovun təhsil naziri təyin edilməsinə münasibət bildirib

Səməd Seyidov Mikayıl Cabbarovun təhsil naziri təyin edilməsinə münasibət bildirib
# 06 may 2013 13:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov Mikayıl Cabbarovun Azərbaycanın təhsil naziri təyin edilməsinə münasibət bildirib.

 

APA-nın xəbərinə görə, Səməd Seyidov bu gün ADU-da keçirilən beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib ki, bu günlərdə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə yeni təhsil naziri təyin edilən Mikayıl Cabbarov ABŞ-da təhsil almış, zəngin dünyagörüşünə, bilik və intellektə malik olan bir şəxsdir: “Onun nazir təyin edilməsi müsbət bir haldır. Beləliklə, yeni təyinata əsasən gəncliyin sinirini, damarını tutmaq qabiliyyəti olan şəxs Azərbaycanın təhsil sisteminə rəhbərlik etməyə başlayıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR