Bank Of Baku

Səttar Mehbalıyev: “Azərbaycanda peşə xəstəliklərinin yaranması riskləri çoxalır”

Səttar Mehbalıyev: “Azərbaycanda peşə xəstəliklərinin yaranması riskləri çoxalır”
# 26 aprel 2013 09:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan fəaliyyət göstərən bütün iş yerlərində çalışan işçilərin mühafizə vasitələri ilə təmin olunmasına ciddi fikir verilməlidir. APA-nın xəbərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib ki, əgər iş yerlərində müvafiq qaydalara əməl olunmasa, ciddi halların sayı artacaq.

 

Onun sözlərinə görə, həmkarlar ittifaqlarının apardığı müşahidələr zamanı məlum olub ki, müvafiq normativ sənədlərin mövcudluğuna baxmayaraq, əməyin mühafizəsi sahəsində xeyli dərəcədə risklər mövcuddur: “Son illər Azərbaycandakı iş yerlərində işçilər arasında xəstələnənlərin sayı artır. Müxtəlif xəstəliklər üzündən işçilərin əmək qabiliyyətinin azalması müşahidə olunur. Bu xəstəliklər içərisində tənəffüs yollarının iltihabı, qanaxma və dəri xəstəlikləri üstünlük təşkil edir. Müvafiq tədbirlər görülmədiyindən və iş yerlərinin attestasiyasına biganə münasibətin nəticəsidir ki, peşə xəstəliklərinin yaranması riskləri çoxalır. Beynəlxalq Əmək Təşkilatının çağırışlarına qoşulan Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar ölkəmizdə təhlükəsizlik və sağlamlığın daha da təkmilləşdirilməsi və peşə xəstəliklərinin profilaktikası məsələsini qarşıda duran əsas məsələlər hesab edir. Ümid edirik ki, bu yolla işçilərin sağlam və təhlükəsiz əmək şəraitinə nail ola bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR