GÜNÜN ŞƏRHİ
Barak Obama İŞİD-lə mübarizəyə dair beş illik strategiyasına pessimist yanaşanlar haqlı çıxdılar. Artıq ABŞ hərbi və siyasi elitası bu strategiyanın iflasa uğradığını etiraf etməyə başlayıb. Etiraf bir yana, respublikaçılar bu faktdan seçki kampaniyasından rəqibə qarşı gen-bol istifadə etməyə start veriblər. Strategiya “pazı pazla çıxarmaq” konsepsiyasına əsaslanırdı və ABŞ hesab edirdi ki, İŞİD-ə rəqib qüvvələrə hərbi təlimlər keçməklə, onları silahlandırmaqla terrorçulara qarşı ikinci cəbhə aça biləcək. Burada üç faktor nəzərdən qaçırıldı - şərqli psixologiyası, döyüşən tərəflərin eyni dinə mənsub olması və İŞİD-ə qarşı silahlandırılacaq qüvvələrin gələcəkdə potensial terrorçu olma ehtimalı. Dırnaqarası baxılan bu faktorlar elə ilk həmlədə öz ağırlığını ortaya qoydu. İŞİD-ə qarşı hazırlanan qüvvələr ya meydandan qaçdılar, ya elə silahla birlikdə İŞİD sıralarına qoşuldular. Və ABŞ-ın İŞİD-ə qarşı mübarizə strategiyası formasını dəyişərək İŞİD-ə dəstək proqramına çevrildi. Amerika hərbi və siyasi elitasının etiraflarının İŞİD-ə ciddi zərəri olmayacaq, amma bu fakt seçkilərdə demokratların başını əməlli-başlı ağrıdacaq.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 17 Sentyabr
17 sentyabr 2015 17:14 (UTC +04:00)
Sosial
TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib
18:42
22 may 2024
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları Tərtərdə dəfn olunub - FOTO
16:05
22 may 2024
30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO
15:56
22 may 2024