GÜNÜN ŞƏRHİ
15 iyul silahlı çevriliş cəhdində iştirak etmiş, bu prosesə gizli dəstək verən, Fəthullahçı Terror Təşkilatı ilə əlaqəsi olan şəxslərin həbsi Türkiyə gündəminin əsas mövzusu olaraq qalır. Bundan sonra da qalacaq. Çünki iqtidara tam dəstək nümayiş etdirən xalq bunun qarşılığını gözləyir. Türkiyə uzun illərdən, hətta on illərdən sonra ilk dəfədir ki, siyasi həmrəyliyə nail olmağı bacarıb. Bu həmrəyliyi qoruyub saxlamağın tək yolu dövlət strukturlarının FETÖ-çülərdən tam təmizlənməsidir. Lakin bundan da vacib məsələ var - siyasi həmrəyliyi poza biləcək cəhdlər, verilən dəstəyi partiya, qrup maraqları üçün istifadəsi hər şeyi alt-üst edə bilər. Türkiyə cəmiyyətinin orduda aparılan islahatlara mənfi münasibəti də bununla bağlıdır. AKP iqtidarının bu məsələdə bəzi geriyə addımlar atması prezident Ərdoğanın siyasi həmrəyliyin qorunmasında maraqlı olduğunu göstərir. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Milli Müdafiə Nazirliyinə verilmiş bəzi səlahiyyətlərinin geri qaytarılması, ordunun FETÖ üzvlərindən təmizlənməsi məqsədilə 37 min zabitin cəlb olunduğu təhqiqat işi, həbslərdən sonra boşalan zabit yerlərinin son 13 ildə ordudan ixrac edilən atatürkçü, milliyyətçi, ulusalçı zabitlərə təklif olunması təqdirəlayiqdir. Çünki Türkiyəni regional güc edən ən önəmli faktor sahib olduğu ordudur, ordunun zəifləməsi, yaxud zəiflədilməsi Türkiyənin dövlət kimi regionda önəmini aşağı sala bilər.
Vüqar MƏSİMOĞLU
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 12 Avqust
![Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 12 Avqust](https://apa.az/storage/news/2016/august/12/big/8aa911cc3b98c7598a11b8181be0d009.jpg)
Sosial
![Şahbuza yağan güclü yağış bir sıra fəsadlar törədib - <span class="red_color">FOTO](https://apa.az/storage/news/2024/june/25/big/667af4d30121e667af4d30121f1719334098667af4d30121a667af4d30121c.jpg)
Şahbuza yağan güclü yağış bir sıra fəsadlar törədib - FOTO
![Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının formalaşdırılması qaydası dəyişib](https://apa.az/storage/news/2024/june/25/big/667adebbe7b84667adebbe7b8517193284432a5c3d6302ff2466f8e429da30c0062d.jpg)
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının formalaşdırılması qaydası dəyişib
![FHN-in Akademiyasında Silahlı Qüvvələri Günü qeyd olunub](https://apa.az/storage/news/2024/june/25/big/667ab979b7e37667ab979b7e381719318905667ab979b7e35667ab979b7e36.jpg)
FHN-in Akademiyasında Silahlı Qüvvələri Günü qeyd olunub
![Naxçıvana dolu yağıb - <span class="red_color">FOTO - <span class="red_color">VİDEO](https://apa.az/storage/news/2024/june/25/big/667ab1a405529667ab1a40552a1719316900667ab1a405527667ab1a405528.jpeg)