Bank Of Baku

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi saxta məktəbli geyimləri ilə bağlı reydləri davam etdirir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi saxta məktəbli geyimləri ilə bağlı reydləri davam etdirir
# 14 avqust 2013 13:43 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda saxta məktəbli geyimlərinin satışının qarşısını almaqla bağlı reydləri davam etdirilir.

 

Bunu APA-ya açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

 

Onun sözlərinə görə, yeni tədris ili yaxınlaşdıqca məktəbli geyimləri almaq istəyənlərin sayı çoxalır və nəticədə bazara qeyri-sağlam rəqabət yürütmək istəyən bəzi işbazlar çıxır: “Bir neçə gün öncə keçirdiyimiz reydlərdə Bakı Tikiş Evinin əmtəə nişanı adı altında saxta məhsulların istehsal və idxal olunduğu müəyyən olundu. Elə həmin reyddən sonra nəzarəti daha da gücləndirdik. Həm “20 Yanvar” metrosu yaxınlığında yerləşən ticarət yarmarkalarında, həm Qaradağ rayonunda yerləşən iri topdan satış mərkəzlərində, həm də “8-ci km” bazarı deyilən ərazidə bir neçə belə fakt aşkar olundu və onların satışının qarşısı alındı. Valideynlərə tövsiyə edərdik ki, SMPDK tərəfindən keyfiyyətinə və təhlükəsizliyinə təminat verilən müəssisələrin məhsullarını alsınlar. Şübhələndikləri məqam ortaya çıxarsa, qaynar xəttimizə, komitənin özünə müraciət etsinlər”.

 

Xatırladaq ki, bir müddət öncə SMPDK tərəfindən reydlər keçirilib və “Neftçilər” metrosu yaxınlığında yerləşən “Məktəbli dünyası” mağazasında saxta məktəbli geyimləri aşkar olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR