Bank Of Baku

Sumqayıtda məişət zorakılığının qurbanı olan uşaq və qadınlar üçün Yardım Mərkəzi fəaliyyətə başlayıb

Sumqayıtda məişət zorakılığının qurbanı olan uşaq və qadınlar üçün Yardım Mərkəzi fəaliyyətə başlayıb
# 18 iyul 2013 11:24 (UTC +04:00)

Bakı – APA. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Sumqayıt şəhərində məişət zorakılığının qurbanı olan uşaq və qadınlar üçün Yardım Mərkəzi açıb.

Birlikdən APA-ya verilən məlumata görə, mərkəzin fəaliyyətində əsas məqsəd Sumqayıt şəhərində  zorakılığa məruz qalmış uşaq və qadınlar üçün səyyar (evdə) reabilitasiya xidmətinin yaradılması, 2013-cü il ərzində 150 nəfərə (evdə) və Yardım Mərkəzində reabilitasiya xidmətlərinin göstərilməsidir.

Təklif edilən xidmət Sumqayıt şəhəri, eləcə də onun ətrafında olan qəsəbə və kənd yerlərində və lazımi xidmətlərdən uzaqda yaşayan zorakılığa məruz qalmış 3-18 yaşlı uşaqlar və onların valideynləri (qadınlar) üçün təmin ediləcək. Xidmətlər Nazirlər Kabinetinin 31 yanvar 2013-cü il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi qaydasına” uyğun olaraq təşkil ediləcək.

Hazırda mərkəzin işçiləri Sumqayıt şəhər İcra Hakimiyyəti, yerli polis idarəsi və digər dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində layihənin icrasına başlayıb. Mərkəzin işçiləri tərəfindən zorakılığa məruz qalmış 13 uşaq müəyyən edilib. Hazırda ailələrlə müvafiq iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR