Bank Of Baku

Sumqayıtda qanunsuz ağac kəsilməsinə görə 8400 manat məbləğində cərimə tətbiq olunub

Sumqayıtda qanunsuz ağac kəsilməsinə görə 8400 manat məbləğində cərimə tətbiq olunub
# 17 may 2013 14:09 (UTC +04:00)

Bakı-APA. Sumqayıt şəhərində qanunsuz ağac kəsilməsi faktı aşkarlanıb. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsi, “Sumqayıt” şadlıq evinin yanında qarağac ağaclarının kəsilməsi ilə bağlı daxil olmuş siqnal əsasında nazirliyin  Sumqayıt Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.

Aparılan araşdırma zamanı sözügedən ərazidə yaşköküstə diametri 32-36 sm olan 7 ədəd qarağac ağacının 1.5-2 metr hündürlüyündən qanunsuz budanması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə əsasən qanunu pozmuş Rzayev Telman Bəylər oğluna akt və protokol tərtib edilərək fiziki şəxs qismində 8400 manat məbləğində cərimə tətbiq olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR