Bank Of Baku

Təhsil naziri 9 rayonun vətəndaşlarını qəbul edəcək

Təhsil naziri 9 rayonun vətəndaşlarını qəbul edəcək
# 12 iyul 2013 13:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İyulun 19-da saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Yevlax, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Göyçay, Ucar, Zərdab rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşları qəbul edəcək. Nazirlikdən APA-ya verilən xəbərə görə, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR