Bank Of Baku

Təhsil naziri Gəncədə vətəndaşları qəbul edib - FOTO - VİDEO

Təhsil naziri Gəncədə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 iyul 2013 13:54 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Təhsil naziri Mikayıl Cabbarov Gəncədə ətraf rayon və şəhərlərdən olan şikayətçiləri qəbul edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, qəbulda Gəncə, Naftalan şəhərlərindən və Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarından olan vətəndaşlar iştirak edib. Qəbula müvafiq  şəhər  və  rayonların  təhsil şöbələrinin müdirlərinin,  həmçinin  nazirliyin  əlaqədar  struktur rəhbərləri də qatılıb.

 

Təxminən 130-dan çox vətəndaş şikayətlərini nazirə çatdırmaq üçün qəbula yazılıb. Müraciətlər  əsasən  işə  götürülmə,  məktəb və uşaq bağçalarının təmiri,  onların  maddi-texniki  bazasının  möhkəmləndirilməsi, buraxılış və qəbul imtahanları, magistratura  təhsili, ikinci ixtisas,  xaricdə  təhsil,   köçürülmə  və sair  məsələlərlə bağlı olub. Şikayət, təkliflərin əksəriyyəti  yerindəcə  həllini tapıb. Bir qrup  şikayət və tələblərə  baxılması üçün  nazirliyin müvafiq  qurumlarına  tapşırıqlar verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR