Bank Of Baku

Təhsil naziri Mikayıl Cabbarov Gəncədə vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov Gəncədə vətəndaşları qəbul edəcək
# 27 iyul 2013 08:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov iyulun 29-da Gəncə, Naftalan şəhərlərində və Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək qəbul 29 iyul saat 11:00-da Gəncə Dövlət Universitetinin əsas binasında təşkil olunacaq.

 

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin «Qaynar xətt» xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR