Bank Of Baku

Təhsil Nazirliyi: Buraxılış imtahanlarının nəticələri əsasında təkliflər hazırlanacaq

Təhsil Nazirliyi: Buraxılış imtahanlarının nəticələri əsasında təkliflər hazırlanacaq
# 01 oktyabr 2013 11:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi bu il orta məktəblərdə keçirilən buraxılış imtahanlarının nəticələri ilə bağlı təhlillər aparıb və hazırda yekun nəticələrin ümumiləşdirilməsi üzərində iş davam etdirilir. Nazirlikdən APA-ya verilən xəbərə görə, nəticələrdən asılı olaraq müəyyən təkliflər hazırlanacaq.

 

Təhsil Nazirliyi 2013-2014-cü dərs ilində “Gənclərin çağırışa qədərki hazırlığı” fənninin səmərəli tədrisinin təmin olunmasına yönəlmiş bir sıra tədbirləri də açıqlayıb. Belə ki, hərbi hissələrlə əməkdaşlığı gücləndirmək, hərbi xidmət həyatı ilə şagirdlərin tanış olmalarına hərtərəfli şərait yaratmaq, “Gənclərin çağırışa qədərki hazırlığı” fənnini tədris edən müəllimlərin ixtisasartırma kurslarına, öyrədici təlimlərə cəlb olunmasını təşkil etmək, bütün tam orta məktəblərdə, bir qayda olaraq, hərbi idman oyunları üzrə komandaların təşkilini və yarışlarda iştirakını təmin etmək, fənnin tədris bazasının getdikcə gücləndirilməsinə nail olmaq, məktəblərdə fənnin tədrisi vəziyyətinin monitorinqini aparıb əməli təkliflər hazırlamaq və s. həmin tədbirlər sırasına daxildir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR