Bank Of Baku

Təhsil Nazirliyi: Tələblərə cavab verməyən müəllimlərin hələ də məktəblərdə qalıb işləməsi ciddi problemdir

Təhsil Nazirliyi: Tələblərə cavab verməyən müəllimlərin hələ də məktəblərdə qalıb işləməsi ciddi problemdir
# 27 iyul 2013 13:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələblərə uyğun olmayan müəllimlərin hələ də məktəblərdə qalıb işləməsi ciddi problem kimi qiymətləndirilir. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin rəsmi «Facbook» səhifəsində vətəndaşların sualları cavablandırılarkən qeyd edilib ki, bəzi məktəblərin rəhbərləri tərəfindən belə müəllimlərə qarşı loyal münasibət bəslənməsi və tələbkarlıq göstərilməməsi faktları da yox deyil: «Əlbəttə, məlum məsələdir ki, məktəblərdəki müəllimlərin hamısı peşəkarlıq baxımından eyni səviyyədə ola bilməz. Lakin «zəif» adlandırılan müəllimi də birdən-birə kənarlaşdırmaq düzgün deyil. Məktəblərdə onlarla ardıcıl iş aparılmalı, ixtisasartırma kurslarına, öyrədici təlimlərə cəlb edilməli, özünütəhsili təşkil olunmalıdır. Hesab edirik ki, problemin həllində ictimaiyyət, valideyn komitələri, valideyn-müəllim assosiasiyaları da yaxından iştirak etməlidir».

Cavabda qeyd olunub ki, müəllim tələb olunan səviyyədə elmi-nəzəri biliyə malik olmaqla yanaşı, onun pedaqoji taktı, uşaqlarla ünsiyyət qurmaq, əməkdaşlıq etmək bacarığı, metodikası yoxdursa, onların rəğbətini qazana bilmirsə, dərs dediyi sinifdə normal təlim şəraiti olmayacaq: «Elmi-nəzəri hazırlığı ilə həmin bacarıqları üzvi şəkildə birləşdirə bilən müəllim peşəkar müəllim adlanır. Peşəkar müəllim ən «çətin» uşağı belə, müəyyən edilmiş nizam-intizam çərçivəsində saxlaya bilir».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR