Bank Of Baku

Təhsil Nazirliyi Azərbaycanda saxta diplomların necə müəyyən olunduğunu açıqlayıb

Təhsil Nazirliyi Azərbaycanda saxta diplomların necə müəyyən olunduğunu açıqlayıb
# 19 iyul 2013 12:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Təhsil Nazirliyi Azərbaycanda hər hansı ali təhsil müəssisəsinə aid olmayan saxta diplomların necə müəyyən edildiyini açıqlayıb. Nazirlikdən APA-ya verilən xəbərə görə, diplomların həqiqiliyi və ya saxta olması Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Tələbə-məzun elektron məlumat bazası” vasitəsilə, Təhsil Nazirliyində aparılmış qeydiyyat sənədlərinə  və müvafiq təhsil müəssisəsinə yönəldilmiş sorğuların cavablarına əsasən müəyyənləşdirilir. Təhsil sənədləri müvafiq işə qəbul zamanı təqdim edildikdə və vətəndaşların müraciətlərinə əsasən yoxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR