Bank Of Baku

Təhsil Nazirliyi müasir peşə təhsili müəssisələrinin yaradılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edib

Təhsil Nazirliyi müasir peşə təhsili müəssisələrinin yaradılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edib
# 25 iyul 2013 08:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Regionlarda kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış mütəxəssislərin hazırlanması istiqamətdə müəyyən işlərin görülməsinə başlanılıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, regionlarda kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış mütəxəssislərin hazırlanması “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyası çərçivəsində də müzakirə olunur. Bundan əlavə, Avropa Birliyi ilə birlikdə həyata keçirilən layihə çərçivəsində Ağstafa və Göyçay rayonlarında kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış müasir peşə təhsili müəssisələrinin yaradılması ilə əlaqədar olaraq, artıq Nazirlər Kabinetinə müraciət edilib. Bununla yanaşı, digər regionlarda da kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış müasir peşə təhsili müəssisələrin yaradılması planlaşdırılıb. 

 

Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı ixtisasları üzrə ali təhsilli kadr hazırlığı aparılır. Eyni zamanda, respublika digər regionlarının - Quba, Şamaxı, Sabirabad, Bərdə, Gəncə, Zaqatala, Qazax, Tovuz rayonlarının bir sıra orta-ixtisas təhsili müəssisələrində həmin istiqamətdə olan ixtisaslar üzrə yeni təhsil proqramlarına əsasən kadr hazırlığı həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR