Bank Of Baku

Təhsil Nazirliyi tanınmış təhsil mütəxəssisi Əlövsət Osmanlının vəfatı ilə əlaqədar başsağlığı verib

Təhsil Nazirliyi tanınmış təhsil mütəxəssisi Əlövsət Osmanlının vəfatı ilə əlaqədar başsağlığı verib
# 09 sentyabr 2013 09:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi tanınmış təhsil mütəxəssisi Əlövsət Cəlal oğlu Osmanlının vəfatı ilə əlaqədar açıqlama yayaraq onun ailəsinə və yaxınlarına başsağlığı verib. APA-nın xəbərinə görə, nazirliyin başsağlığı mesajında bildirilib ki, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstan Respublikasının Dəmirli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsini bitirib. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitinin müəllifidir.

 

Əlövsət Osmanlının həyatının mühüm bir hissəsi təhsillə bağlı olub və bu sahədə mövcud olan problemlərlə əlaqədar geniş araşdırma işləri aparıb. Azərbaycanda milli təhsil quruculuğu yönündə həyata keçirilən islahatlara dair özünəməxsus baxışları olan Ə. Osmanlı hər zaman mütərəqqi yeniliklərin tərəfdarı kimi tanınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR