Bank Of Baku

Təhsil Nazirliyində növbəti kadr təyinatları olub

Təhsil Nazirliyində növbəti kadr təyinatları olub
# 16 avqust 2013 10:47 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Təhsil Nazirliyində növbəti kadr təyinatları aparılıb. Təhsil nazirinin müvafiq əmrinə əsasən Elxan Hüseynov təhsil nazirinin müşaviri vəzifəsinə təyin edilib. Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib. 

 

Elxan Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib, 1994-cü ildə dosent elmi adı alıb. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2002-2010-cu illərdə Azərbaycanın Türkmənistandakı səfiri olub. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyib.

 

Təhsil nazirinin digər əmrinə əsasən Rəcəb Səttarov nazirliyin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib. Rəcəb Səttarov Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. 1979-1981-ci illərdə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında assistent vəzifəsində çalışıb. 1981-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında oxuyub. 1985-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. Həmin ildən etibarən Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışıb. Hazırda BDU-nun fəlsəfə kafedrasının dosentidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR