Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyində təhsil ekspertləri və nazirliyin məsul işçilərinin iştirakı ilə görüş keçirilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə ekspertlərin Azərbaycanda təhsil sisteminin problemlərinə dair fikirləri dinlənilib və mövcud problemlərin həlli yolları barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Bu məzmunlu görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.