Bank Of Baku

Təhsil Problemləri İnstitutunda 20 yanvar tədbiri keçirilib

Təhsil Problemləri İnstitutunda 20 yanvar tədbiri keçirilib
# 17 yanvar 2014 16:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Problemləri İnstitutunda (TPİ) 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. APA-nın xəbərinə görə, tədbirdən öncə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

TPİ-nin direktoru Qulu Novruzov bildirib ki, bu hadisə Azərbaycanda insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biridir. O deyib ki, tarix boyu Azərbaycan xalqına qarşı müxtəlif faciələr törədilsə də, sovet müstəmləkəçiliyi dövründə bu barədə heç bir məlumat verilməyib, dərsliklərdə heç bir fakt göstərilməyib: “Yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra müxtəlif faciələr, hadisələr barədə bütün məlumatlar düzgün şəkildə həm ölkə daxilində, həm də xarici ölkələrdə çatdırılıb. 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymət verildi”.

 

İclasda 20 Yanvar faciəsinin canlı iştirakçısı olan və hadisələr nəticəsində zərər çəkən İdris Əhmədov bölüşüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR