Bank Of Baku

Təhsil Problemləri İnstitutunda ABŞ-ın Azərbaycandakı səfirinin xanımı ilə görüş keçirilib

Təhsil Problemləri İnstitutunda ABŞ-ın Azərbaycandakı səfirinin xanımı ilə görüş keçirilib
# 08 fevral 2014 07:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Problemləri İnstitutunda ABŞ-ın Azərbaycandakı səfirinin xanımı Feys Pirs Morninqstar ilə görüş keçirilib. İnstitutdan APA-ya veirlən xəbərə görə, görüşdə Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov, ABŞ səfirliyinin təhsil proqramları üzrə mütəxəssisi Sədaqət Davudova, Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tamilla Əliyeva və nazirliyin məktəbəqədər və ümumtəhsil şöbəsinin baş məsləhətçisi Vəfa Yaqublu iştirak edib.

 

Görüşün məqsədi barədə məlumat verən Qulu Novruzov xanım Morninqstarın təhsil alanların reproduktiv, psixoloji və fiziki sağlamlığı, qidalanma mədəniyyəti, təhlükəsizliyi, eləcə də qızların təhsildən yayınma halları, qadın və qızların başqaları tərəfindən lider kimi qəbul olunması barədə məsələlərin fənn kurrikulumlarında necə əks olunması ilə maraqlandığını bildirib. Onun sözlərinə görə, müzakirəyə çıxarılan mövzu prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan bir sıra məsələlərin həyata keçirilməsində mühüm əhəmiyyət daşıyır.

 

Xanım Morninqstar qeyd olunan məsələlərlə bağlı “Sağlam bədəndə sağlam ruh olar” mesajını insanlara çatdırmaq üçün videoçarxların hazırlanaraq Bakıda və regionlarda insanlarla görüşdə təqdim olunmasının məqsədəuyğunluğunu vurğulayıb. O, bu işin daha geniş miqyas alması üçün məktəb şagirdləri və onların valideynləri ilə işgüzar söhbətlərin aparılmasının əhəmiyyətindən danışıb.

 

Tədbirin sonunda müzakirə olunan məsələlərlə bağlı gələcəkdə işgüzar görüşlərin keçirilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR