Bank Of Baku

Təhsil Problemləri İnstitutunda ümumi təhsilin perspektivləri müzakirə edilib

Təhsil Problemləri İnstitutunda ümumi təhsilin perspektivləri müzakirə edilib
# 22 fevral 2014 10:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA.  Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunda “Dövlət strategiyası baxımından ümumi təhsilin perspektivləri” mövzusunda seminar keçirilib. APA-nın xəbərinə görə, seminarda Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov çıxış edərək bildirib ki, bu ilin əvvəlindən etibarən təhsillə bağlı müxtəlif məsələlərin müzakirəsi üçün seminarlar təşkil edilir. O deyib ki, bu seminarların məqsədi Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının ayrı-ayrı müddəalarını müzakirə etmək, strategiyada öz əksini tapmış problemlərlə pedaqoji ictimaiyyətin, xüsusilə yerlərdəki müəllimlərin rəylərini öyrənmək, təklifləri toplamaq və Təhsil Nazirliyi qarşısında konkret təkliflərlə çıxış etməkdir: “Elmi-tədqiqat institutu olaraq hesab edirik ki, auditoriya ilə təmasda olan, kurrikulum tətbiq edən, təhsilin məzmununun icrası ilə məşğul olan müəllimlərin fikrini öyrənmədən problemləri həll etmək mümkün deyil. Biz müəllimlərin dilindən bu problemləri eşitmək, qarşıya çıxan çətinlikləri bilmək istəyirik. Ona görə də seminarlara bizim özümüzün də böyük ehtiyacı var. Bu seminarlar institutun özü üçün innovativ və öyrədici xarakter daşıyır”.

İnstitutun direktor müavini Ənvər Abbasov isə “Dövlət strategiyası baxımından ümumi təhsilin perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.

Seminarın davamında müəllimlərin təklifləri, sualları dinlənilib, müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR