Bank Of Baku

TQDK 13 rayonda V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirir

TQDK 13 rayonda V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirir
# 30 aprel 2013 07:42 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ölkə prezidentinin fərmanına əsasən, aprelin 29-da, 30-da və mayın 1-də Gəncə, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Mingəçevir, Şəki, Qax, Balakən, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri aprelin 29 -da Azərbaycan dilindən imtahan verib. Bu gün riyaziyyatdan, mayın 1-də isə fizika fənnindən imtahan verəcəklər.

 

Azərbaycan bölməsinin V sinif şagirdləri aprelin 29–da Azərbaycan dilindən, aprelin 30-da isə riyaziyyat fənnindən imtahan verirlər. Rus bölməsinin V sinif şagirdləri isə mayın 1-də rus dili fənnindən imtahan verəcəklər.

 

Bərdə, Ucar, Göyçay, Ağdaş, Şirvan, Kürdəmir, Biləsuvar, Masallı, Neftçala, Salyan, Lənkəran, Quba və Şabran rayonlarında isə imtahanlar 6, 7 və 8 may tarixlərində keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR