Bank Of Baku

TQDK: İbtidai siniflər üçün bir çox dərsliklərin yenidən hazırlanmasına ehtiyac var

TQDK: İbtidai siniflər üçün bir çox dərsliklərin yenidən hazırlanmasına ehtiyac var
# 26 aprel 2013 13:34 (UTC +04:00)

TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva APA-ya açıqlamasında deyib ki, monitorinqlər aparan zaman bir çox problemlərin olduğu ortaya çıxıb. Onun sözlərinə görə, ibtidai siniflərin dərsliklərinin monitorinqi onu göstərdi ki, yeni təhsil islahatı olan kurikuluma əsasən hazırlanan dərsliklərin bir neçəsinin yenidən hazırlanmaya ehtiyacı var: “TQDK-nın dərsliyi ləğv etmək səlahiyyəti olmadığı üçün biz yalnız müəyyən qüsurlar barədə təkliflər verir və dərsliyin yenidən hazırlanmasını məsləhət görürük. İbtidai siniflər üzrə dərsliklərin monitorinqi zamanı müəyyən olunub ki, onların bəzilərində dövlət təhsil standartları tam reallaşmayıb. Sadədən mürəkkəbə doğru materialların verilişi ilə bağlı proqram strukturu bəzi hallarda gözlənilməyib. Riyazi terminlərin verilməsində qüsurlara yol verilib, riyazi anlayışlar təhrif olunub, yeni mövzuların nəzəri cəhətdən onun izahları natamamdır. Bundan əlavə, misal və məsələlərin növləri siniflər üzrə bərabər bölünməyib, didaktik prinsiplər ödənilməyib. Verilən tapşırıqlar riyazi bilikləri və təfəkkürü inkişaf etdirmir. Onlar iri həcmli və çətin başa düşülən olduğundan yaxşı anlaşılmır”.

 

A.Batıyeva qeyd edib ki, bu və ya digər səhvləri nəzərə alaraq, ibtidai siniflərdə bir çox dərsliklərin yenidən hazırlanmasına ehtiyac var. Onun sözlərinə görə, hər bir dərslik hazırlanarkən şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmalıdır.

 

Qeyd edək ki, TQDK tərəfindən aparılan monitorinqlər nəticəsindən ibtidai siniflər üzrə ümumilikdə 12 dərsliyin yenidən hazırlanması təklif edilib. Belə ki, I sinifdə “Azərbaycan dili” və “Riyaziyyat”, II sinifdə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Xarici dil”, III və IV siniflərin hər birində isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi” dərsliklərinin istifadəsi məqsədəuyğun hesab edilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR