Bank Of Baku

TQDK bu il ali məktəblərə qəbul imtahanları keçiriləcək bölgələrin sayını artırıb

TQDK bu il ali məktəblərə qəbul imtahanları keçiriləcək bölgələrin sayını artırıb
# 11 iyul 2013 08:05 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanların aşağıdakı qaydada təşkil edilməsini qərara alınıb.

 

Qəbul imtahanları bütün ixtisas qrupları üzrə aşağıda cədvəldə göstərilən bölgələrdə yaradılmış imtahan mərkəz­lərin­də keçiriləcək:

           

 

 

              

Bölgələr üzrə imtahan mərkəzləri

İmtahan mərkəzlərinə aid olan şəhər və rayonlar

Bakı

Bakı, Abşeron, Şamaxı, Qobustan, Neftçala, Salyan və Biləsuvar

Sumqayıt

Sumqayıt, Xızı, Şabran və Siyəzən

Gəncə

Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan və Goranboy

Şəki

Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz və Şəki

Lənkəran

Astara, Yardımlı, Lerik, Lənkəran, Masallı və Cəlilabad

Quba

Quba, Qusar və Xaçmaz

Ağcabədi

Ağcabədi, Xocavənd, Ağdam, Zərdab, Füzuli və Beyləqan

Şirvan

Şirvan, Saatlı, Sabirabad, Hacıqabul və İmişli

Göyçay

Göyçay, Ağdaş, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu

Naxçıvan

Naxçıvan, Sədərək, Şərur, Şahbuz, Babək, Culfa, Kəngərli və Ordubad

Mingəçevir

Mingəçevir, Tərtər, Yevlax və Bərdə

 

Ümumi təhsil müəssisələrinin cari il məzunları qəbul imtahanını bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcəklər. Digər abituriyentlər isə qəbul imtahanını elektron ərizələrində qeyd etdikləri faktiki yaşayış yerinin – şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcəklər.

İşğal altında olan rayonların cari il məzunları qəbul imtahanını bitirdikləri məktəblərin yerləşdiyi əraziyə uyğun olan imtahan mərkəzində, əvvəlki illərin məzunları isə yaşadıqları və ya qeydiyyatda olduqları əraziyə uyğun olan imtahan mərkəzində verəcəklər.

Abituriyent qəbul imtahanına bir neçə gün qalmış TQDK-nın internet səhifəsindən “İmtahana buraxılış vərə­qəsi”ni çap etməlidir. “İmtahana buraxılış vərə­qəsi”ndə imtahan mərkəzi, imtahan binası, zal, yer, imtahanın tarixi və başlanma vaxtı haqqında məlumatlar göstərilib.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanları III ixtisas qrupu üzrə iyulun 14-də, I ixtisas qrupu üzrə iyulun 21-də, IV ixtisas qrupu üzrə iyulun 28-də, II ixtisas qrupu üzrə  avqustun 3-də keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR