Bank Of Baku

TQDK informasiya mübadiləsində elektron imzadan geniş istifadəyə başlayıb

TQDK informasiya mübadiləsində elektron imzadan geniş istifadəyə başlayıb
# 08 iyul 2013 10:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əhaliyə elektron xidmətlərin göstərilməsi və dövlət orqanları ilə məlumat mübadiləsi proseslərini daha da təkmilləşdirilmək və beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə növbəti addım atıb. 

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)”, ”Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının tələblərinə uyğun olaraq elektron imzadan geniş istifadə etmək məqsədilə Komissiya müvafiq texnoloji tədbirlər həyata keçirib. Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Milli Sertifikasiya Xidmətləri Mərkəzindən elektron sənədi təsdiq edən elektron imza alınıb. Elektron imzanın gizli açarlarının təhlükəsiz saxlanılmasını təmin edən avadanlıq əldə edilib quraşdırılıb. Nəticədə TQDK dövlət orqanlarına və əhaliyə internet üzərindən təqdim olunmaq üçün onlayn rejimdə hazırladığı elektron materialları (siyahı, informasiya sistemlərindən çıxarış və s.) insan müdaxiləsi olmadan elektron imza ilə təsdiqləmək imkanı əldə edib. 
 

Qeyd edək ki, artıq ümumi təhsili həyata keçirən təhsil müəssisələri cari ildə keçirilmiş ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin nəticələrini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına gəlmədən internet üzərindən elektron imza ilə imzalanmış şəkildə əldə edirlər. Yeni texnologiyanın Komissiya tərəfindən göstərilən digər xidmətlərdə də istifadə edilməsi nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR