Bank Of Baku

TQDK mayın 5-də keçirilən sınaq imtahanının nəticələrini açıqlayıb

TQDK mayın 5-də keçirilən sınaq imtahanının nəticələrini açıqlayıb
# 07 may 2013 14:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəbə hazırlaşan abituriyentlər üçün mayın 5-də keçirilən sınaq imtahanlarının nəticələrini açıqlayıb.

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri komissiyanın rəsmi internet saytında (tqdk.gov.az) yerləşdirilib.

 

Sınaq imtahanı respublikanın 31 şəhər və rayonunda sınaq imtahanları keçirilib. İmtahanda 39 366 abituriyent iştirak edib ki, onlardan 19 371 nəfəri oğlan, 19 995 nəfəri isə qızdır.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən başlanıb və sonuncu imtahan mayın 26-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR