APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, cəmi 20 nəfər ali məktəbdən çıxıb, onlar da ali məktəbdə qəbul olduqları ixtisası bəyənmədikləri üçün bu addımı atıblar.
Onun sözlərinə görə, 150-200 balla ali məktəblərə qəbul olunanlar arasında akademik borca, oxuya bilməməyə görə qovulanlar yoxdur: “Biz Tələbə-Məzun Sistemini izləyirik və akademik borca görə ali məktəblərdən qovulanlar da diqqətimizdədir. Biz gözləyirdik ki, ötən il 150-200 balla ali məktəbə qəbul olan tələbələr birinci kursun proqramını mənimsəyə və sessiya imtahanlarını verə bilməyəcəklər. Əgər nəticə belə olsaydı, bu il birinci qrupda müsabiqə şərtlərini 150 bala endirməyə ehtiyac qalmayacaqdı”.