Bank Of Baku

TQDK sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

TQDK sədri Şəmkirdə vətəndaşları qəbul edəcək
# 16 aprel 2014 12:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şəmkir şəhərində vətəndaşları qəbul edəcək.

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbulda Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər. 
 

Qəbul aprelin 22-də saat 12:00-da Şəmkir şəhəri Zəka Gənclər Mərkəzində  keçiriləcək.

 

Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri  və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etmələri xahiş olunur.

 

Bundan əlavə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax və Ağstafa Təhsil Şöbələrində 14 aprel-21 aprel tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək qəbula qeydiyyata düşə bilərlər.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR