Bank Of Baku

Türkiyə səfiri Azərbaycan Dövlət İqtisad Universitetində olub

Türkiyə səfiri Azərbaycan Dövlət İqtisad Universitetində olub
# 19 may 2014 10:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Azərbaycan Dövlət İqtisad Universitetində olub. ADİU-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfir universitetin rektoru, professor Ədalət Muradov ilə görüşdə ali təhsil ocağında aparılan islahatları dəstəklədiyini bildirərək, bu istiqamətdə lazım olan bütün köməyi göstərməyə hazır olduğunu vurğulayıb.

 

Görüşdə Türkiyə universitetləri ilə əməkdaşlığın və təcrübə mübadiləsinin dərinləşdirilməsi, Türkiyə səfirliyinin nümayəndələrinin ADİU-da seminarlar keçməsi, qardaş ölkədən Azərbaycana gələn dövlət və biznes adamlarının tələbələrlə görüşlərinin təşkili, ali təhsil ocağında türk dünyasının iqtisadi məsələlərini araşdıracaq elmi strukturun formalaşması və digər məsələlər müzakirə olunub. Eyn zamanda görüşdə ADİU tələbələrinin Azərbaycandakı türk şirkətlərində təcrübə keçməsi haqda da razılıq əldə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR