Bank Of Baku

Türkiyəli nazir azərbaycanlı həmkarı ilə görüşüb - FOTO

Türkiyəli nazir azərbaycanlı həmkarı ilə görüşüb - <span style="color: red;">FOTO
# 11 aprel 2013 09:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycanda səfərdə olan Türkiyənin meşə və su işləri naziri Veysəl Əroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla birlikdə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkənin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad edib. ETSN-nin mtəbuat xidmətindən APA-ya verilən xəbərə görə, daha sonra nümayəndə heyətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüşü baş tutub. Görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində ümumi əməkdaşlıq məsələləri, su ehtiyatlarının və meşələrin idarə olunmasının günün tələbləri səviyyəsində təşkili və birgə layihələrin həyata keçirilməsi, Xəzər və Qara dənizlərin ətraf mühitinin qorunması, həmçinin 25 oktyabr 2011-ci il tarixində iki respublika arasında imzalanmış meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub.

 

Qeyd edək ki, Türkiyənin meşə və su işləri naziri Veysəl Əroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana dünən gəlib. Nümayəndə heyətinin ölkəmizdə səfəri 13 aprel tarixinədək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR