Bunu APA-ya açıqlamasında Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib.
Nazir, Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə keçirilən toplantısında Azərbaycanın səhiyyə naziri ilə görüşdüyünü qeyd edərək, oktyabrda ya özünün Bakıya səfər edəcəyini, ya da azərbaycanlı həmkarının Türkiyəyə gələcəyini deyib: “Bu da olmazsa, dekabrda mütləq görüşəcəyik. Səhiyyə sahəsində Azərbaycanla bir çox önəmli layihələri həyata keçirəcəyik”.
M. Müəzzinoğlu bu layihələr barədə azərbaycanlı həmkarı ilə müzakirələr aparandan sonra birgə açıqlama verəcəklərini deyib.