Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov uşaq evlərində böyüyən gənclərin sonradan təhsillərini hansı formada davam etdirmələri barədə məsləyə münasibət bildirib. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, qanunvericiliyə əsasən, valideyn himayəsi olmayan uşaqların təhsil xərcləri dövlət tərəfindən ödənilir. Onun sözlərinə görə, gələcəkdə də bu kimi tədris ocaqlarının məzunlarının sosial inteqrasiyası üçün tədbirlər davam etdiriləcək.