Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan edilib
# 04 oktyabr 2013 13:25 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edib.

 

Komissiyadan APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı oktyabrın 4-dən noyabrın 4-ü saat 18:00-dək, ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar isə sənədlərini oktyabrın 4-dən oktyabrın 23-ü saat 18:00-dək DQMK-ya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər.

 

Müraciət forması elektron (müsabiqə üçün) şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR