Bank Of Baku

Vergilər naziri Fazil Məmmədov Qubada vətəndaşları qəbul edib - APA TV

Vergilər naziri Fazil Məmmədov Qubada vətəndaşları qəbul edib - <span style="color: red;">APA TV
# 17 may 2013 10:37 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Vergilər naziri Fazil Məmmədov bu gün Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan 50 nəfər vətəndaşı qəbul edib, onların müraciətlərini dinləyib. APA-nın Şimal bürosu xəbər verir ki, Quba rayonunda keçirilən qəbula gələnlər nazirə qarşılaşdıqları problemlərin, xüsusilə vergi sahəsində onları narahat edən bəzi məsələlərin həllinə köməklik göstərməyi xahiş ediblər.

 

Görüş zamanı nazir vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir şəxsin müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlara tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib. Digər məsələlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilib.

 

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR