APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, çoxsaylı müraciətlər nəzərə alınaraq, elektron ərizələrin qeydiyyatı avqustun 16-da bitəcək.
Avqustun 16-sı saat 23:59-a qədər qeydiyyatdan keçən ərizəçilər sənədlərini 16 avqustdan sonrakı 5 iş günü ərzində Təhsil Nazirliyinə təqdim edə bilərlər.