Kampaniyadan APA-ya verilən məlumata görə, aksiyanın keçirilməsində əsas məqsəd çimərlik ərazilərində olan tullantıların toplanması və onların faydalı şəkildə istifadəsi üçün təkrar emala göndərilməsi, gənclərin təbiət ərazilərinin təmiz saxlanılmasına cəlb olunması ilə onların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda dənizkənarı ərazilərdə istirahət edən insanları ətrafı zibilləməməyə, istirahət etdikdən sonra ərazini təmizləməyə çağırmaqdır.
100-dən çox gəncin cəlb olunduğu aksiya zamanı iştirakçılar gigiyenik qaydalara əməl edərək xüsusi əl geyimləri geyinib, topladıqları tullantıları qida və qeyri-qida tullantılarına ayıraraq çeşidləyiblər. Toplanmış tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna nəql edilib və burada təkrar çeşidləmədən sonra təkrar emala yararlı materiallar ümumi kütlədən ayrılaraq təkrar emal müəssisələri üçün xammal əldə edilib.
Qeyd edək ki, IDEA (International Dialogue for Environmental Action) kampaniyası 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.