Xüsusi istedada malik uşaqların I sinfə qəbulu ilə bağlı müraciət üçün ayrılmış müddət bu gün başa çatır

Xüsusi istedada malik uşaqların I sinfə qəbulu ilə bağlı müraciət üçün ayrılmış müddət bu gün başa çatır
# 20 avqust 2013 12:29 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbul üçün müraciət edən valideynlərdən 2300 nəfərdən çoxunun ərizəsi qeydiyyata alınıb.

 

Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Hazırda 600 nəfərdən yuxarı uşaq müsahibədən keçib, onlardan təxminən 50 faizinin I sinfə qəbuluna razılıq verilib.

 

Ən çox müraciət Bakı şəhərindəndir. Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərindən, Abşeron, Qazax, Şəki, Tovuz, Zərdab, Yevlax, Goranboy rayonlarından da müraciətlərin sayı digər bölgələrə nisbətən çoxdur. Ümumiyyətlə, respublika üzrə müraciətlərin sayı 4000-dən artıqdır.

 

Qeyd edək ki, ərizələrin qəbulu iyulun 20-dən başlanıb, bu gün başa çatır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR