Bank Of Baku

Yaxın günlərdə daha 30 nəfər əlil Ukraynaya bərpa-müalicəsinə göndəriləcək

Yaxın günlərdə daha 30 nəfər əlil Ukraynaya bərpa-müalicəsinə göndəriləcək
# 22 iyul 2013 10:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 30 nəfər əlil 28 günlük müddətə Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzinə yola salınacaq.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, cari ilin ötən dövründə həmin müalicə mərkəzində 35 nəfər, Latviya Respublikasının Yurmala şəhərində yerləşən “Vaivari” sanatoriyasında isə 30 nəfər əlil vətəndaşın bərpa müalicəsi təşkil olunub.

 

Hər iki ixtisaslaşmış müalicə mərkəzi səmərəli fizioterapevtik müalicə üsulları ilə məşhurdur və onlarda aparılan müalicə kursu əlillərin səhhətində yaxşılaşmaya səbəb olur. Bərpa müalicəsinə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR