Bank Of Baku

Yeni dərs ilində orta məktəblər üçün 13 adda dərslik, dərs vəsaiti ilk dəfə nəşr edilib

Yeni dərs ilində orta məktəblər üçün 13 adda dərslik, dərs vəsaiti ilk dəfə nəşr edilib
# 16 sentyabr 2013 08:07 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Orta təhsilə və məktəbə ali təhsil üçün hazırlıq funksiyasını yerinə yetirən bir qurum kimi baxmamalıyıq”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetinə müsahibəsində deyib. Nazir bildirib ki, orta təhsilin məqsədi tam şəkildə müstəqil həyata hazır olan Azərbaycan Respublikasının vətəndaşını formalaşdırmaqdır.

 

Dərsliklərin hazırlanması barədə danışan M. Cabbarov qeyd edib ki, Təhsil Nazirliyində dərsliklərin çapı və yerlərə çatdırılması məsələsi ilə əlaqədar yaradılan işçi qrupu üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Belə ki, 2013/2014-cü dərs ili üçün II, IV, VI, VIII, IX və XI siniflər üçün 139 adda 4011000 nüsxə dərslik və müəllim üçün metodik vəsait hazırlanıb, çap edilib və yerlərə çatdırılıb: “VI sinif dərslikləri ilk dəfə olaraq kurikulum əsasında hazırlanıb. IX sinfin "Alman dili" dərsliyi də yeni dərslikdir. Digər dərsliklər isə əvvəlki nəşrlər üzərində redaktə işi aparılmaqla çap olunub. TQDK tərəfindən monitorinqi aparılmış II, IV və VII sinif dərsliklərində redaktə və korrektə işləri aparılıb. Dərsliklər növbəti illərdə tam tirajla çap olunarkən monitorinqin nəticələri nəzərə alınacaq.

 

Yeni dərs ilində orta ixtisas təhsili müəssisələri üçün 13 adda 17800 nüsxə dərslik, dərs vəsaiti və metodik vəsait (elektron versiyaları ilə birgə) ilk dəfə hazırlanıb nəşr edilib və orta ixtisas təhsili müəssisələrinə paylanıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR