Bank Of Baku

Yetkinlik yaşına çatmayanları fahişəliyə və digər əxlaqsız əməllərə cəlb edənləri 12 ilə qədər həbs gözləyəcək

Yetkinlik yaşına çatmayanları fahişəliyə və digər əxlaqsız əməllərə cəlb edənləri 12 ilə qədər həbs gözləyəcək
# 24 aprel 2013 09:46 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla Cinayət Məcəlləsinin 171.1 və 171.2 maddələrinə dəyişikliklər müzakirəyə çıxarıla bilər.

 

Dəyişikliyə görə, yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb edənlər 5 ildən 8 ilədək azadlıqdan məhrum ediləcəklər. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə, o cümlədən mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 6 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək. Layihənin yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılması gözlənilir.

 

Maddələrin hazırda qüvvədə olan variantlarına görə yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə, o cümlədən mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR