Bank Of Baku

XƏBƏRDARLIQ: Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək

XƏBƏRDARLIQ:  Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək
# 10 noyabr 2024 16:47 (UTC +04:00)

Hava şəraiti haqqında məlumat yayılıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycanın rayonlarında noyabrın 11-i axşamdan 13-ü axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi Aran, Lənkəran-Astara) qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR