Bank Of Baku

Xırdalanda 15-ci mərtəbədəki mənzildə bağlı qapı arxasında qalan azyaşlı xilas edilib - VİDEO

Xırdalanda 15-ci mərtəbədəki mənzildə bağlı qapı arxasında qalan azyaşlı xilas edilib  - VİDEO
# 01 oktyabr 2024 08:51 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA FHN-nə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onaltımərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub və 2022-ci il təvəllüdlü azyaşlını yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR